Bizim layihələndirmə mərkəzi tərəfindən həyata keçirilən mürəkkəb layihələrdən biri, MDB ərazisində bənzəri olmayan, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağıdır.
Yol qovşağı kompleksi aşağıdakılardan ibarətdir:
- 9 ədəd körpü,
- Körpü yanaşmaları,
- Ümumi uzunluğu 3145 m olan yol qovşağının tərkib hissəsi olan avtomobil yolları
Sifarişçi qismində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi çıxış edib.
Layihənin I mərhələsi:
- Layihələndirilməsinin I mərhələsi 3 yol ötürücüsünü, ümumi uzunluğu 1286 m olan Ziya Bünyadov prospektini Heydər əliyev prospekti və yolayrıcıyla birləşdirən, Qara Qarayev prospektinə çıxışı olan giriş yollarını əhatə edirdi.
Layihənin II mərhələsi:
- Layihələndirməsin II mərhələsi uzunluğu L = 56,0 m olan, parobolik metal asılmış yolötürücüdən, o cümlədən, 4 (dörd) ayrı tikilmiş yoıötürücülərdən, ümumi uzunluğu 1194 m olan, Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev prospektlərini Hava Limana və Bakıxanov qəsəbəsi istiqamətindəki yollara birləşdirən yanaşmalardan ibarət idi.
Metal tağların arasındakı məsafələr müxtəlifdir və müvafiq olaraq oxların hündürlükləri də müxtəlifdir.
- I ci tağ: L=68.83; Rox. = 27.61
- II-ci tağ: L=65.08m; Rox. = 26.12
Qeyd etmək lazımdır ki, bu layihə parabolik metal tağların köməyi ilə asılmış əsas aralıq uzunluğu L = 56,0 m olan yol ötürücüsünün layihələndirilməsini nəzərdə tuturdu.
Layihənin III mərhələsi:
- Layihənin III mərhələsi vant konstruksiyalı körpü keçidi və ümumi uzunluğu 665 m olan giriş yollarından ibarət idi.
Azərbaycanda ilk dəfə olaraq şirkətimiz 360,0 m aralıq və pilotun hündürlüyü 98,0 m olan vant konstruksiyasının yol ötürücüsünü layihələndirmişdir.