Scroll

"Yacht Club" Sea Breeze

Yer

Azərbaycan

"Sea Breeze" kurort kompleksinin tərkibində yaxt klubunun stasionar dayanacağının layihələndirilməsi və akvatoriyasının genişləndirilməsi

"Sea Breeze" kurort kompleksinin bir hissəsi olan yaxt klubunun inkişafı çərçivəsində aşağıdakı mühəndis qurğularının inşası həyata keçirilmişdir:

  • Daş-tökmə damba(əhəngdaşından və iri daş materiallarınan ibarət olan);
  • Stasionar yanalma körpüləri;
  • Gəzinti zonası;
  • Slip (kater və yaxtaların enmə/qaldırılma rampası);
  • Yanacaq doldurma stansiyası;
  • Dəmir-beton pontonlar.

Layihə, kiçikhəcmli və gəzinti tipli gəmilərin qəbul edilməsi, texniki xidməti, saxlanması və istismarına imkan verən müasir, rahat və təhlükəsiz infrastrukturun yaradılmasına yönəldilmişdir. Bütün qurğular dəniz mühitinin xüsusiyyətləri və kurortun turizm yönümlü təyinatı nəzərə alınaraq davamlı və antikorroziya materiallardan inşa edilmişdir.


1. Daş-tökmə damba

Təyinatı:
Damba yaxt klubunun digər obyektlərinin yerləşməsi üçün qorunan akvatoriyanın, dayanıqlı sahil xəttinin və təhlükəsiz şəraitin formalaşdırılmasını təmin edən əsas hidrotexniki qurğudur.

Əlavə funksiyası:
Bəndin üzərində yaxt klubunun gəzinti zonasının bir hissəsi yerləşir — buraya piyada yolları, istirahət sahələri və baxış meydançaları daxildir. Beləliklə, bənd həm mühəndislik, həm də memarlıq-planlaşdırma funksiyasını yerinə yetirir.

Konstruksiyası:

  • Əhəngdaşı və iri çay materiallarından ibarətdir, qismən beton elementlərlə möhkəmləndirilmişdir;
  • Sahili dalğalardan, cərəyanlardan və torpaq yuyulmasından qoruyur;
  • İctimai zonanın abadlaşdırılması və kompleksin digər obyektləri ilə inteqrasiyası üçün dayaq funksiyasını yerinə yetirir.

2. Stasionar yanalma körpüləri

Təyinatı:
Əsas dayanacaq kimi xidmət edir — sərnişinlərin minməsi/düşməsi, gəzinti və pontonlara çıxış üçün istifadə olunur.

Konstruksiya:

  • Dəmir-beton zabit (çəkilmiş) svaylar — yuxarıdan gələn yükləri sıx torpaq qatlarına ötürür;
  • Riqellər və döşəmə plitələri — dayanacağın səthini təşkil edir;
  • Pilləkənlər və panduslar — müxtəlif səviyyələr arasında vertikal əlaqəni təmin edir;
  • Yaşıllıqla dolu bəzək qablari (kaşpo) — estetika və yaşıllaşdırma üçün;
  • Şvartov avadanlıqları (knextlər) — yaxtaların və katerlərin bərkidilməsi üçün.

Yanalma körpülərin texniki göstəriciləri:

Göstəricinin adı

Ölçü vahidi

Qiyməti

Qeyd

1

Ümumi sayı

Ədəd

11

 

2

Uzunluğu

m

45

5 ədəd

3

Uzunluğu

m

25

2 ədəd

4

Uzunluğu

m

14

2 ədəd

5

Uzunluğu

m

29.05

2 ədəd

6

Ümumi uzunluğu

m

361.10

 

7

Qabarit eni

m

15

 

8

Hidrotexniki qurğunun sinfi

                        II sinif

SP 58.13330.2012

9

Təyinatı

                     Sərnişin tipli

 

 


3. Gəzinti zonası

Təyinatı:
İstirahət, piyada gəzintisi və akvatoriyaya baxış üçün nəzərdə tutulmuşdur. Həmçinin yaxt klubunun müxtəlif obyektləri arasında əlaqələndirici piyada marşrutu kimi xidmət edir.

Xüsusiyyəti:
Gəzinti zonasının bir hissəsi dalğaqıran bəndin üzərində yerləşir. Bu, zonanı xarici təsirlərə qarşı daha davamlı edir və abadlaşdırma imkanlarını genişləndirir.

Konstruksiya:

  • Yaşıllıqla əhatə olunmuş piyada yolları;
  • İstirahət meydançaları;
  • Pontonlara keçid üçün pilləkənlər və panduslar.

4. Slip (kater və yaxtaların enmə/qaldırılma rampası)

Təyinatı:
Qayıq və katerlərin sudan çıxarılması və suya salınması üçün istifadə olunur. Həmçinin texniki xidmət və saxlanma məqsədilə vacibdir.

Konstruksiya:

  • Dəmir-beton və beton svaylardan ibarət svaylı təməl;
  • Meyilli dəmir-beton səth (slip);
  • Dəmir-beton plitələrdən ibarət hərəkət yolu;
  • Gəmilərin mexaniki hərəkəti üçün istifadə olunan vinç (lebedka) üçün quyu.

5. Yanacaq doldurma stansiyası

Təyinatı:
Yaxt klubunda istismarda olan kiçikhəcmli gəmilərin yanacaqla təmin olunmasını həyata keçirir.

Konstruksiya:

  • Dəmir-beton rezervuar;
  • İçərisində — hermetik sistemlə təchiz olunmuş yanacaq çənləri;
  • Çənlərin xarici sahəsi — yanğın təhlükəsizliyi üçün sıxılmış qumla doldurulmuşdur;
  • Yanacaq maşınının daxil olması üçün dəmir-beton meydança.

6. Dəmir-beton pontonlar

Təyinatı:
Kiçikhəcmli gəmilər üçün üzən dayanacaq yerlərini təmin edir. Mövsümi dayanacaq üçün istifadə olunur.

Konstruksiya:

  • Dəmir-beton üzən bloklar;
  • Su və elektrik mühəndis-kommunikasiya sistemlərinə qoşulmaq imkanı;
  • Şvartov avadanlığı ilə təchiz olunmuşdur.

Nəticə

"See Breeze" kurort kompleksinin tərkibində olan yaxt klubunun layihəsi təhlükəsizlik, rahatlıq və estetikaya cavab verən etibarlı və müasir sahilyanı infrastrukturun yaradılmasına yönəldilmişdir. Layihənin bütün elementləri — dalğaqıran bənd, stasionar dayanacaq, pontonlar, gəzinti zonası, slip və yanacaq stansiyası — bir-biri ilə funksional şəkildə əlaqələndirilmiş və regionun təbii-iqlim şəraitinə uyğunlaşdırılmışdır.

  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
  • slide
Hydro

Başqa layihəyə baxmaq

Pirallahi adasında avtomobil yolu körpüsünün layihələndirməsi